Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah bəzi yerlərdə yağış yağacaq

02.01.2019 [14:14]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər ayrı-ayrı yerlərdə zəif duman olacağı, gündüz isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 7-10° isti təşkil edəcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI