Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah ölkə ərazisində hava yağmursuz olacaq

03.01.2019 [14:12]

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4°, gündüz 8-10° isti olacağı proqnozlaşdırılır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI