Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib
03.01.2019 [14:36]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 3-də Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verdi. Binanın tikintisinə ötən ilin mayında başlanılıb.