İstanbul sahilində gəmi yanıb
04.01.2019 [12:59]
İstanbulun Pendik rayonu sahilində “Mark Lome” adlı yük gəmisində güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, gəmidəki 15 nəfər yaxınlıqdakı gəmiçilərin və sahil mühafizəsinin əməkdaşlarının köməyi ilə təxliyə olunub.