Rusiyada çökən binadan 6 pişik və 1 köpək xilas edildi
04.01.2019 [22:29]
Rusiyanın Maqnitoqorsk şəhərində partlayışdan sonra çökən yaşayış binasının dağıntıları altından ev heyvanları – 1 köpək və 6 pişik xilas edilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qəza yerində təkcə sakinləri deyil, eyni zamanda, ev heyvanlarını da axtarıb.
Maraqlıdır ki, xilas edilən heyvanlar axtarış-xilasetmə əməliyyatı yekunlaşdığı ərəfədə beton plitələr arasından çıxarılıb.