DÜNYA


“Pabuk” qasırğası Tailandda insan tələfatına səbəb olub

Ötən gün Tailandın cənub sahillərinə çatan “Pabuk” tropik qasırğasının törətdiyi fəsadlar nəticəsində bir balıqçı ölüb, digəri itkin düşüb. AZƏRTAC Tailand KİV-lərinə istinadla xəbər verir ki, qasırğanın gətirdiyi güclü külək bölgədə ağacları kökündən qoparıb, binaların dam örtüyünü zədələyib. Sürəti saatda 80 kilometrə çatan küləkli hava şəraiti ilə əlaqədar ölkənin əsas turizm mərkəzlərindən olan Samuy adasına təyyarə və gəmi səfərləri təxirə salınıb, çimərliklər bağlanıb, dənizdəki neft buruqlarındakı heyət təxliyə edilib.