Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə "sarı jiletlilər”in aksiyası başlayıb

05.01.2019 [15:15]

Fransanın paytaxtı Paris şəhərində “sarı jiletli”lərin icazəli aksiyasında iştirak etmək üçün insanlar Yelisey çölü prospektinə toplaşıb. Aksiyalardan biri Fransa parlamentinin binasının qarşısında, o biri isə Yelisey çölündə başa çatacaq. Hazırda ölkənin Marsel, Ruane və bir sıra şəhərlərində mitinq keçirilir.