DÜNYA


Qahirədə kilsənin yaxınlığında partlayıcı qurğunu zərərsizləşdirən polis həlak olub

Misirin paytaxtı Qahirədəki Mədinət Nasr rayonunda yerləşən xristian kilsəsinin yaxınlığında qoyulmuş partlayıcı qurğunun zərərsizləşdirilməsi zamanı bir polis əməkdaşı həlak olub, digəri yaralanıb. AZƏRTAC xəbər verir ki, çantada gizlədilmiş qurğu polislər tərəfindən aşkar edilən zaman partlayıb. Misirin prokurorluğu hadisənin araşdırılmasına başlayıb.