Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstanın “El Arna” telekanalında Azərbaycan filmləri nümayiş olunacaq

07.01.2019 [10:33]

Xəbərin mətni
Qazaxıstanın “El Arna” televiziya kanalında yanvarın 7-dən başlayaraq bir həftə ərzində hər gün Azərbaycan filmləri nümayiş olunacaq. AZƏRTAC xəbər verir ki, milli kinomuzun 120 illiyinə həsr edilən “Azərbaycan kino həftəsi”ndə ən məşhur filmlər qazax dilinə dublyaj olunaraq subtitrlə tamaşaçılara təqdim ediləcək.