DÜNYA


Qazaxıstanlı xizəkçi yarış zamanı səkidəki maneəyə çırpıldı

Avstriyanın İnsbruk şəhərində keçirilən Dünya Kuboku yarışında Qazaxıstanlı xizəkçi səkidəki maneəyə çırpılıb. Videoda idmançının müvəffəqiyyətlə bütün maneələri necə aşdığı, gözəl tryuk göstərdiyi və sonra bir anda maneəyə çırpıldığı görünür. AZƏRTAC xəbər verir ki, bu barədə ren.tv kanalı məlumat yayıb. Məlumatda bildirilir ki, tanınmış xizək ustası Sabircan Muminov xoşbəxtlikdən hadisə zamanı ciddi xəsarət almayıb.