DÜNYA


“Tesla”nın Şanxaydakı zavodunun təməli qoyulub

ABŞ-ın elektrik enerjisi ilə işləyən avtomobil istehsalçısı “Tesla Inc.”nin Şanxay şəhərindəki zavodunun rəsmi təməlqoyma mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Şanxayın Linan ərazisində yerləşən zavodda ildə 500 min avtomobilin istehsal olunacağı planlaşdırılıb. Zavodun ilk avtomobilinin ilin ikinci yarısında buraxılacağı nəzərdə tutulub. Onun inşasının tam olaraq 2-3 ilə başa çatacağı bildirilir. Zavodda “Model 3” və “Model Y” avtomobilləri istehsal olunacaq.