Güclü külək əsəcək
08.01.2019 [13:27]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz yağışda qısamüddətli fasilə olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyinin axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, gecəyə doğru arabir şiddətlənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək.