Xaçmazda tullantı sutəmizləyici qurğular kompleksinin tikintisinə başlanılıb
09.01.2019 [18:57]
Xəbərin mətni
Xaçmaz rayonunda sutkalıq məhsuldarlığı 70 min kubmetr olan tullantı sutəmizləyici qurğular kompleksinin tikintisinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Gülalan kəndi ərazisində inşa olunan bu qurğuda Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin, həmçinin Şahdağ Turizm Mərkəzinin tullantı suları təmizlənib kənarlaşdırılacaq.