Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

11.01.2019 [10:43]

Xəbərin mətni
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, yanvarın 12 və 13-də Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.