Əfqanıstanda Kanada liderinin oxşarı tapılıb
12.01.2019 [12:45]
Kanadanın CBC televiziya kanalı Əfqanıstanda Baş nazir Castin Trüdonun oxşarını tapıb. "Əfqan Starı" adlı musiqi şousunun Abdul Salam Maftun adlı iştirakçısının Kanada siyasətçisinə birə-bir oxşarlı olduğu vurğulanır.
Əfqanıstan mətbuatının verdiyi məlumata görə, Kanada Baş nazirinə bənzədiyi üçün ona Salam Trüdo təxəllüsü də verilib.
Eyni zamanda, KİV-lərin qeyd etdiyinə görə, öz bənzəri ilə bağlı Baş nazir hələ rəsmi fikir bildirməyib. O da qeyd edilir ki, bu, Kanada siyasətçisinin ilk oxşarı deyil.