Parisdə güclü partlayış baş verib
12.01.2019 [13:33]
Xəbərin mətni
Parisdə “sarı jiletlər” etiraz aksiyasının 9-cu mərhələsinin başladığı bir vaxtda Fransa paytaxtının 9-cu rayonunda Treviz küçəsində qaz sızması nəticəsində güclü partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla səhər saat 9-da çörək istehsalı müəssisəsində baş vermiş partlayışdan sonra yanğın başlayıb.
Hadisə nəticəsində 20 nəfərin yaralandığı bildirilir. Yaralılardan ikisinin vəziyyəti ağırdır.