Prezident Administrasiyasının rəsmisi: Ermənistan “fait accompli” yanaşmasını tətbiq etməyə və işğalı möhkəmləndirməyə çalışır
12.01.2019 [14:36]
Xəbərin mətni
İşğala əsaslanan status-kvo qəbuledilməzdir. Ermənistan “fait accompli” yanaşmasını tətbiq etməyə və işğalı möhkəmləndirməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” televiziyasına müsahibəsində deyib.