Sürücünün piyada keçidindəki köpəyə yol verməsi kameralara düşdü
13.01.2019 [15:13]
Türkiyənin Bolu bölgəsində bir avtobus sürücüsünün piyada keçidindən keçən köpəyə yol verməsi izləmə kameralarına düşüb. Burhan Parlak adlı sürücü diqqət çəkən görüntü ilə bağlı Türkiyə KİV-lərinə verdiyi müsahibədə, "Köpəyin avtobusa baxa-baxa ehtiyatla yolu keçməsi mənə çox təsir etdi", deyə bildirib.