Rusiyada yaşayış binasında partlayış olub, ölən və yaralananlar var
14.01.2019 [10:09]
Rostov vilayətinin Şaxtı şəhərində yaşayış binasının 8 və 9-cu mərtəbələrində qaz sızmasından partlayış olub. Nəticədə hər iki mərtəbə dağılıb. Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb. Xilasetmə əməliyyatı davam etdirilir.