RƏSMİ


Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib. AZƏRTAC xəbər verir ki, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya, ilk növbədə, dövlətimizin başçısına ötən il prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı. O, eyni zamanda, Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinə seçkilərdə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.