İQTİSADİYYAT


ABŞ vergi sistemində keçirilmiş islahatlarla bağlı Azərbaycan icması üçün brifinq keçirilib

Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasında (USACC) Birləşmiş Ştatların paytaxtında və ətraf ərazilərdə yaşayan Azərbaycan icmasının nümayəndələri üçün 2018-ci ildə bu ölkənin vergi sisteminə edilmiş dəyişikliklərə dair brifinq keçirilib. Vergi və mühasibatlıq sahəsində on ildən artıq təcrübəsi olan Vaqif İsaxanlının təqdimatında keçirilmiş brifinqdə paytaxt Vaşinqton, Merilənd və Virciniya ştatlarında yaşayan azərbaycanlılar iştirak ediblər.