Umayra Tağıyeva: Hava şəraiti kəskin dəyişəcək
15.01.2019 [13:46]
Xəbərin mətni
Yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin saniyədə 28-33 metr olacağı, arabir saniyədə 35-38 metrə çatacağı gözlənilir. Ötən günlərlə müqayisədə havanın temperaturu 10 dərəcə enəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.