Ana və bala bəbirin görüntüləri qeydə alınıb
15.01.2019 [14:46]
Xəbərin mətni
Naxçıvan Muxtar Respublikasındakı akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında ana və bala bəbirin foto və videogörüntüləri qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, fotolar nazirlik, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə ötən ilin oktyabr ayında əldə edilib.