İQTİSADİYYAT


Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur

II texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolunun 26 kilometrlik hissəsinə asfalt-beton örtüyündə aşınmalar, çatlar və bəzi hissələrdə çökmələr əmələ gəldiyindən yolun yenidən qurulmasına ehtiyac var idi. Yolun yenidən qurulması işləri çərçivəsində mövcud asfalt-beton örtük frez maşını ilə profilə salınıb, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb.