Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 1700-dən çox neftçi təxliyə ediləcək

15.01.2019 [22:40]

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, yanvarın 17-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar şirkət üzrə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib, istehsalatda qəzaların baş verməməsi üçün növbədə qalması zəruri olan işçilərdən başqa bütün əməkdaşlar təxliyə edilir.