İQTİSADİYYAT


Kür çayı üzərindəki körpünün bərpası yekunlaşır

Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində yerləşən Kür çayı üzərindəki metal Kür körpüsünün əsaslı şəkildə bərpası işləri aparılır. 3 aşırımlı körpünün uzunluğu 335 m, eni isə 11.5 m-dir. Körpünün hərəkət hissəsinin eni 7.5 m, hər tərəfə yanaşma yollarının uzunluğu isə 500 metr təşkil edir.