CƏMİYYƏT


Güclü külək əsəcək, sulu qar, qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişəcəyi gözlənilir. Güclü şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 18-23 metr olacağı, arabir 28-33 metrədək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 metrədək şiddətlənəcəyi ehtimalı var. Temperaturun anomal gedişi proqnozlaşdırılır. Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimal edilir.