Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
16.01.2019 [17:17]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son illər ərzində bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini bildirdi.