Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcüstanda matəm elan edilib

17.01.2019 [11:47]

Tbilisidə yaşayış binasında baş verən partlayışda 4 nəfər həlak olub. Partlayış qazın sızması nəticəsində yaşayış korpusunun altıncı mərtəbəsində baş verib. Gürcüstanın baş naziri Mamuka Baxtadzenin qərarı ilə baş verən faciəyə görə 17 yanvar matəm günü elan edildi.