DÜNYA


Fransada Lion universitetinin binası yanıb

Bu gün səhər saatlarında Fransada Lion universitetinin kampusunda yanğın baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı BFMTV telekanalı yayıb. Telekanalın bildirdiyinə görə, əvvəlcə kampusdakı binaların birinin damı yanmağa başlayıb, sonra terrasda saxlanılan bir neçə qaz balonu partlayıb. Binadakı insanlar təxliyə edilib və yanğın nəzarət altına alınıb. Tələbə şəhərciyindəki bir neçə binaya giriş məhdudlaşdırılıb. Universitetin Twitter səhifəsində hadisə zamanı üç nəfərin yüngül xəsarət aldığı barədə məlumat verilib.