Bakıda şimal-qərb küləyinin maksimal sürəti artıb
17.01.2019 [18:30]
Xəbərin mətni
Küləyin sürəti paytaxtın Pirallahı rayonunda saniyədə 30, Bakıda, Sumqayıtda, o cümlədən paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində və Binəqədi rayonunun Biləcəri qəsəbəsində 40 metrədək şiddətlənib. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargahdan məlumat verilib.