DÜNYA


Uşaq avtomobildən düşdü, anası fərq etmədi

ABŞ-ın Minnesota əyalətində azyaşlı qız hərəkətdə olan avtomobildən yola düşüb. Chad Cheddar Mock adlı sürücü avtomobilinin kamerasına düşən görüntünü sosial şəbəkədə paylaşıb. Görüntülərdə hərəkətdə olan maşından uşağın oturacaqla bərabər yola düşdüyü görünür. İşin təəccüblü tərəfi isə anasının baş verənlərdən xəbərsiz olması və yoluna davam etməsidir. Hadisə yerinə gələn polis uşağın kresloya möhkəm bağlanıldığını, ancaq kreslonun avtomobilin oturacağına yaxşı bərkidilmədiyini söyləyib.