CƏMİYYƏT


Umayra Tağıyeva: Bakıda küləyin sürəti saniyədə 40 metrə, Xəzərdə dalğanın hündürlüyü 9,3 metr olub

Yanvarın 17-si saat 21:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti saniyədə 26-40 metr olub. Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metrə çatıb. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.