DÜNYA


Kolumbiyada dəhşətli partlayış - 9 nəfər ölüb

Kolumbiyanın paytaxtı Boqota şəhərində polis məktəbinin qarşısında bomba yüklü avtomobil partladılıb. Həmin gün məktəbdə müdavimlərin mükafatlandırılması mərasimi keçirilib. Hadisə şahidləri bildiriblər ki, naməlum avtomobil keçid məntəqəsinə yaxınlaşarkən qəflətən sürəti artırıb və divara çırpılaraq partlayıb. Avtomobili idarə edən şəxsin də həlak olduğu bildirilir. Hadisədə azı 9 nəfər həlak olub, 54 nəfər yaralanıb. Polis hadisəni terror aktı adlandırıb.