Kolumbiyada 3 günlük matəm elan edildi
18.01.2019 [10:41]
Xəbərin mətni
Kolumbiya Prezidenti İvan Duke Boqotada polis kadet məktəbi ərazisində törədilən terror aktı qurbanlarının xatirəsinə ölkədə 3 günlük matəm elan edib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, polis məktəbi ərazisində minalanmış avtomobilin partladılması nəticəsində 11 nəfər ölüb, 87 nəfər yaralanıb. Yaralılardan 79-u xəstəxanaya yerləşdirilib.