Növbəti üç gün ərzində havanın sabitləşəcəyi gözlənilir
18.01.2019 [15:07]
Xəbərin mətni
Bu gün yağıntılar kəsiləcək, temperatur nisbətən yüksələcək. Artıq küləyin səngiməsi müşahidə olunur. Bakıda və Abşeron yarımadasında küləyin sürəti 18-20 metrdən artıq deyil. Xəzər dənizində dalğanın hündürlüyü 3,6-5 metrə bərabərdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamentinin direktoru Umayra Tağıyeva brifinqdə məlumat verib.