Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təyyarə qaydalarının ən məzəli təqdimatı

18.01.2019 [18:29]

ABŞ-a məxsus Frontier Hava yolları sərnişinlərinə təyyarənin uçduğu zaman qəza baş verərsə nələri etməyin vacib olduğu qaydaları özlərinə məxsus tərzdə təqdim edirlər. Sərnişinlərdən birinin telefonu ilə çəkdiyi video internetdə ən çox izlənən videolardandır. Təyyarə bələdçisi Daniel Sandbergin komik bir şəkildə dediyi 3 dəqiqəlik təlimi sərnişinlər gülə-gülə qarşılayırlar.