DÜNYA


Meksikada boru kəmərində baş vermiş partlayışda 20 nəfər ölüb

Meksikanın İdalqo ştatında boru kəmərində partlayış baş verib. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə region qubernatoru Ömər Fayyad “Twitter” səhifəsində məlumat yayıb. Partlayış nəticəsində 20 nəfərin öldüyü, 60 nəfərin isə yaralandığı bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır