DÜNYA


Meksikada boru kəmərinin partlaması nəticəsində 76 nəfər ölüb

Meksikanın İdalqo ştatında neft boru kəmərində baş vermiş partlayış nəticəsində həlak olanların sayı artaraq 76 nəfərə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə El Universal qəzeti ştatın hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Yaralıların bəziləri ağır vəziyyətdə olduğundan ölü sayının artması istisna edilmir.