Azərbaycan Dövlət İnformasiya Agentliyi

Köpək podiuma çıxdı, internet ulduzu oldu

21.01.2019 [19:55]

Hindistanın Mumbay şəhərində moda nümayişində maraqlı hadisə baş verib. Dəb nümayişinin ən qızğın vaxtında podiuma modellərlə birlikdə sahibsiz bir köpək də çıxıb. Tamaşaçılar modellərə deyil köpəyə daha çox diqqət ayırıblar və onu alqışlayıblar.