RƏSMİ


Prezident İlham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə xanım Kristalina Georgiyeva Prezident İlham Əliyevi ölkədə aparılan uğurlu islahatlar və Azərbaycanın Dünya Bankının “Doing Business 2019” hesabatında 25-ci yerə yüksəlməsi münasibətilə təbrik etdi.