RƏSMİ


Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü

Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Erik Gebali “Suez Group”un Azərbaycanda su infrastrukturunun inkişaf etdirilməsi sahəsində fəaliyyətindən və ölkəmizlə əməkdaşlığın uğurlu olmasından danışdı. O, Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır