DÜNYA


Yakutiyada bağçadan nəzarətsiz çıxan iki uşağı şaxta vurdu

Yakutiyada 5 yaşlı iki qız uşağının 40 dərəcə şaxtada bağçadan nəzarətçilərin xəbəri olmadan çıxması böyük səs-küyə səbəb oldu. Xarici KİV-lərin yaydığı məlumata görə, bununla bağlı cinayət işi də açılıb. Müşahidə kameralarına uşaqların bağçadan necə çıxdığı görünür. Qeyd edək ki, şaxtada uzun müddət qaldığı üçün qızlardan birinin hər iki əlinin barmaqlarını şaxta vurub. Digər uşaqda isə ümumi bədən donma əlamətləri qeydə alınıb.