Azərbaycan Dövlət İnformasiya Agentliyi

Retriver həkimləri huşunu itirmiş sahibinin yanına apardı – Çində

25.01.2019 [11:00]

Hadisə Çinin şimalında baş verib. AZƏRTAC “Dailymail”ə istinadən bildirir ki, onunla gəzintiyə çıxan sahibinin qəfildən yıxıldığını görən köpək ora-bura qaçaraq ətrafdakıların diqqətini çəkib. Yoldan keçənlərin çağırdığı təcili yardım maşınına həyəcanla bələdçilik edən köpəyin videosunu Jiang Xu adlı bir həkim paylaşıb. O, retriverin tez-tez arxaya baxaraq maşının onun ardınca gəlib-gəlmədiyini dəqiqləşdirdiyini bildirib. Həkim köpəyin sahibinin xilas edildiyini, hazırda müalicə aldığını da bildirib.