Haaqada yaşayış binasında partlayış olub
28.01.2019 [00:05]
Niderlandda partlayış olub. Hadisə ölkənin qərbində, Haaqada qeydə alınıb. Xarici mətbuatın yaydığı xəbərə görə, partlayış nəticəsində 3 ev dağılıb. Dağıntıların altında insanların qala biləcəyi ehtimal edilir.
Məlumata görə, hadisəyə qaz sızması səbəb ola bilər. Faktla bağlı araşdırma aparılır.