RƏSMİ


Prezident İlham Əliyev Almaniya nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı belə geniş tərkibdə nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla Almaniya arasında əməkdaşlığın və tərəfdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirərək ölkələrimizin və biznes dairələrinin əlaqələrimizin genişləndirilməsi üçün qarşılıqlı maraq göstərməsindən məmnunluğunu ifadə etdi.