DÜNYA


ABŞ-da göydə üç günəş göründü

ABŞ sakinləri qarşılaşdıqları qeyri-adi təbiət hadisəsinin foto və videolarını sosial şəbəkələrdə yayıblar. Belə ki, sakinlər eyni anda səmada 3 günəş gördüklərini iddia edirlər. Alimlər isə bunun bir neçə günəş olmadığını deyiblər. Bildirilib ki, güclü şaxtalar nəticəsində havada yaranan buz kristalları günəş şüalarını əks etdirib. Sakinlər isə bunu bir neçə günəş sanıblar.