DÜNYA


Hindistanda qırıcı təyyarə qəzaya uğrayıb

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "Mirage 2000" çoxfunksiyalı qırıcı təyyarəsi Banqaluru şəhərindəki (Karnataka ştatı) "Hindustan Aeronautics Limited" (HAL) aviatikinti şirkətinin zavodunda modernizasiya olunduqdan sonra sınaq uçuşu keçirərkən qəzaya uğrayıb. Təyyarə HAL-ın sınaq aerodromunun yaxınlığında qəzaya uğrayıb. Göyərtədə olan hər iki pilot katapult etsə də, biri eniş zamanı, digəri xəstəxanada ölüb.