DÜNYA


Fransada “sarı jiletlər” etiraz aksiyasının 12-ci aktı başlayıb

Etirazın 12-ci həftəsi aksiya başlayandan polislə qarşıdurmada yaralanan yüzlərlə fəala həsr edilib. “Sarı jiletlər” polisin nümayişçiləri əlil etməsinə son qoyulmasını tələb edirlər. Onlar nümayişçilərə qarşı istifadə olunan müdafiə üçün rezin güllə silahlarının, gözyaşardıcı qumbaraların və pnevmatik qumbara atan silahların qadağan olunmasını tələb edirlər.