Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada beşotaqlı evdə yanğın olub

04.02.2019 [02:53]

Xəbərin mətni
Qubada ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli beşotaqlı evdə yanğın baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında baş verən hadisə nəticəsində evin dörd otağındakı əşyalar yanıb. Alov Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.